YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rüstəm Minnixanova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti  Rüstəm Minnixanova təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizi Tatarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında sıx dostluq telləri və mehriban münasibətlər bundan sonra da möhkəmlənəcək və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxplanlı əməkdaşlığın dinamik inkişafına kömək edəcək.

Sizi və Tatarıstanın bütün müsəlmanlarını həm də birlik, xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümü olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tatarıstan xalqına sülh və firavanlıq diləyirəm.”