YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: ATƏT DTİHB-nin müşahidə missiyası göndərməməsinin əsas səbəbi Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu qəbul etməmələri ilə bağlıdır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi qərəzdən irəli gəlir. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, təşkilat hər seçki zamanı qərəzli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, ATƏT DTİHB-nin müşahidə missiyası göndərməməsinin əsas səbəbi Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu qəbul etməmələri ilə bağlıdır.

«Əgər onlar gəlməkdən imtina ediblərsə, bəs niyə bu barədə danışırlar? Deməli onlar hər vəchlə Azərbaycana təzyiq etmək istəyirlər. Təbii ki, rəsmi Bakı da bu təzyiqi qəbul etmir. Əgər təşkilatın imkanları varsa gəlib görsünlər ki,  Azərbaycanda seçkilər hansı şəraitdə keçirilir»- deyə, R.Rzayev qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv