YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Sadə ermənilər səfalətdən canlarını qurtarmaq üçün Azərbaycan tərəfinə keçməyə hazırdırlar

«Əminliklə söyləyə bilərik ki, əgər bu gün Azərbaycanın işğal edilmiş ərazilərində hərbi postlar olmasa, o cümlədən də Ermənistanda hərbi xunta olmasa, dinc əhali səfalətdən, aclıqdan canını qutarıb Azərbaycana keçməyə hazırdıro». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın Azərbaycan tərəfinə keçib, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar dövlətimizdən siyasi sığınacaq istəməsinə münasibətini bildirərkən deyib.

E.Məmmədov  qeyd edib ki, erməni xalqı hər gün televizya vasitəsilə Azərbaycandakı sabitliyi, əmin-amanlığı, inkişafı, tolerantlığı görür. Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının qorunduğundan xəbərdar olan ermənilər bir fürsətlə canlarını oradan qurtarmağa çalışır.

«Bu addımı atan V. Emilyeviç də bütün sadalanan faktların canlı şahidi olacaq. Bu adam sonradan xəyanət etməsə, qanacağı olsa gördüyü, şahidi olduğu bütün həqiqətləri dilə gətirəcək. Adətən xəyanət erməninin cibində olsa da, düşünürəm ki, bu adam Azərbaycan haqqında öz fikirlərini bölüşməkdən çəkinməyəcək. Tarix boyu ermənilərdən düşmənçilik görsək də biz hər zaman insana insan kimi dəyər veririk. Bu da Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulduğunu və aparılan siyasətin milli maraqlara xidmət etdiyini göstərir»- deyə, E.Məmmədov qeyd edib.