YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya mətbuatı bp şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı ilə bağlı gələcək planlarından yazıb

İspaniyanın energetika sahəsi üzrə ixtisaslaşmış beynəlxalq “Energia16” nəşrində “bp Xəzər dənizindəki AÇG yatağında gələcək fəaliyyətinə dair danışıqlar aparır” sərlövhəli yazı dərc olunub.

Yazıda bildirilir ki, bp şirkəti Azərbaycan tərəfi ilə bağladığı müqavilənin müddəti bitəndən sonra da bu yataqda fəaliyyətini davam etdirmək arzusundadır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevə istinadən qeyd olunur ki, hazırda bp ilə bu qurum arasında müvafiq danışıqlar gedir. Lakin danışıqların detaları haqqında ətraflı məlumat verilmir.

Böyük Britaniya şirkəti üçün AÇG yatağının əhəmiyyətini vurğulayan “Energia16” nəşri bu mövzuda şirkətin hələlik açıqlama vermədiyini də qeyd edir.