YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bölgədə sülhün bərqərar olunmasında mühüm rol oynayacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, lazımı infrastrukturun yaradılması ilə bağlı Azərbaycan və Gürcüstanda nəzərdə tutulmuş işlər tam başa çatdırılıb. Yalnız Türkiyə tərəfdə bəzi işlər qalır ki, bunun da yaxın vaxtlarda başa çatdırılacağı gözlənilir.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili söyləyib.

Nazir deyib: “Düşünürəm ki, çox mühüm və strateji əhəmiyyətə malik olan bu yolun istifadəyə verilməsi Qərblə Şərqin birləşməsində, eləcə də Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin sürətli inkişafına əsaslı təkan verəcək. Qədim İpək Yolunun bərpası, həm də bölgədə sülhün bərqərar olmasında mühüm rol oynayacaq”.