YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB və Baltikyanı, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin iddia müşavirəsi keçirilir

İyunun 2-dən 6-dək Bakıda MDB və Baltikyanı, eləcə də Gürcüstan dəmir yolları arasında qorunmamış yüklərə görə zərərin ödənilməsi haqqında mübahisəli işlərə baxılması üzrə iddia müşavirəsi keçirilir.

Toplantının birinci iş gününü giriş sözü ilə açan QSC-nin Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında müşavirə iştirakçılarına ətraflı məlumat verib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində görülən işlər, "Şimal-Cənub" və Bakı-Tbilisi-Qars beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlərdən danışıb.