YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Belə qurumlar müəyyən xarici qüvvələrin Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir alətə çevriliblər

“Avronest-in həmsədri Heili Hautalanın Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qətnaməni israrla müdafiə edir. Amma onun fikirlərinin heç bir əsası yoxdur. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R. Əliyev bildirib ki, «Avronest» PA-nın toplantılarında Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edən sənəd qəbul olunmayıb. Onun sözlərinə görə, belə  qurumlar müəyyən xarici qüvvələrin Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir alətə çevriliblər.

«Avronest-in həmsədri Avropa Parlamentinin qətnaməsinin «vacibliyini» vurğulayaraq bildirir ki, ortaq dəyərlər olmadan əməkdaşlıq ola bilməz. Ondan soruşmaq lazımdır ki, görəsən, o hansı ortaq dəyərləri nəzərdə tutur? Əgər söhbət insan hüquq və azadlıqlarından, cəmiyyətdə mövcud olan tolerantlıqdan gedirsə bu dəyərlərlə Azərbaycan artıq dünyada nümunə göstərilə bilən bir dövlətə çevrilib. Bu təşkilatlar niyə işğal olunmuş torpaqlarımızdan qovulmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqları müdafiə etmir?

Azərbaycan bu təşkilatlara artıq öz cavabını verib. Azərbaycan yalnız bərabər hüquqlu tərəfdaş kimi münasibətləri səviyyəsində əməkdaşlığı davam etdirəcək. Azərbaycan müstəqil bir dövlət kimi bütün dövlətlərlə, müxtəlif beynəlxalq təşkilatlarla bərabər hüquqda, qarşılıqlı əməkdaşlıq şəraitində əlaqələrini davam etdirir. Bundan sonra da belə olacaq»- deyə, R.Əliyev qeyd edib.