YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Manana Kobaxidze: Azərbaycan bizim strateji tərəfdaşımızdır

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Mən inanıram ki, Azərbaycanda növbəti parlament seçkiləri də azad, demokratik və şəffaf keçiriləcək. Bizə dost və qonşu dövlət olan Azərbaycan qarşıdakı tarixi sınaqdan da qələbə ilə çıxacaq.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan parlamentinin vitse-spikeri xanım Manana Kobaxidze bildirib. Vitse-spiker deyib: “Demokratik inkişaf yolu ilə inamla addımlayan Gürcüstan və Azərbaycan artıq dünyada layiqli yerlərini tutublar. Azərbaycan daha da inkişaf edir və müasirləşir. Regionda və dünyada böyük nüfuza malikdir. Biz buna sevinirik. Azərbaycan və gürcü xalqları arasındakı qədim tarixə malik dostluq əlaqələri bizim gələcəyimiz üçün möhkəm zəmin yaradıb. Bizim dostluğumuza heç kim zərbə vura, xələl gətirə bilməz.

M.Kobaxidze qeyd edib ki, hər bir dövlətdə olduğu kimi, bizim də bəzi xırda problemlərimiz var. Həyat davam edən yerdə problem də olur. Biz də daim bu problemlərin həllinə çalışırıq. Qanunverici orqanlarımız, hökumətlərimiz və digər strukturlarımız birgə əməkdaşlıqla yanaşı, təcrübə mübadiləsi də aparırlar və bu da bizə həmin problemlərin həllində fayda verir.