YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Aralıq dənizi bazarı hüdudlarından kənarda satılan Azərbaycan neftinin payı üç dəfəyədək artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında uğurla çalışır. Hazırda “SOCAR” brendi ilə İsveçrədə 150, Ukraynada 50, Rumıniyada 32 yanacaqdoldurma stansiyası, o cümlədən də Gürcüstanda 115 stansiya fəaliyyət göstərir. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanıb. SOCAR beynəlxalq bazarlardakı iştirak payını və coğrafiyasını bundan sonra da genişləndirməkdə maraqlıdır.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində məlumat verib. O qeyd edib ki, 2008-ci ildən Cenevrədə effektiv fəaliyyət göstərən “SOCAR Trading SA” əsas etibarilə dünyanın tanınmış neft şirkətlərinə və emal müəssisələrinə Azərbaycan mənşəli xam neftin satışı ilə məşğul olur. Azərbaycan nefti bu illərdə Şimali Amerika, Asiya və Avstraliya regionları daxil olmaqla bir sıra qeyri-ənənəvi istehlak bazarlarına təchiz edilib. Əgər 10 il bundan əvvəl Aralıq dənizi bazarı hüdudlarından kənarda satılan Azərbaycan neftinin payı cəmi 10-15 faiz təşkil edirdisə, indi bu göstərici 45 faizə qədər yüksəlib.