YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paraqvay parlamentinin Deputatlar Palatası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edib

Paraqvay Respublikası Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətin ifadə olunduğu bəyanat qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plenar iclasda qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğu bir daha təsdiq edilir. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.

Bəyanatda Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır.

Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi, sülh şəraitində birgəyaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir.

 

DİGƏR Xəbərlər Arxiv