YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına böyük əhəmiyyət verir

«Azərbaycan tərəfi Avropa Şurasına  üzv olduğu müddətdə bir çox ölkələrdə seçkilərin gedişini izləyib, mövcud  problemləri görüb və kifayət qədər təcrübə toplayıb». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, noyabrın 1-də parlament seçkilərinin demokratik şəkildə, şəffaf keçirilməsi üçün ölkəmizdə ciddi hazırlıq işləri görülür. Onun sözlərinə görə, bu prosesdə Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa tam hazırdır. 
«Azərbaycan beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına böyük əhəmiyyət verir. Məqsədimiz Avropadan və dünya ölkələrindən gələnlərin seçki prosesində Azərbaycandakı reallığı görməsidir. Seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb»- deyə, komitə sədri vurğulayıb.