YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Ermənistanda vətəndaşlar durumlarının ağır olması səbəbindən Azərbaycana pənah gətirirlər

«Ermənistanda əhali ağır durumdadır. Bu səbəbdəndir ki, bu ölkənin vətəndaşları Azərbaycana pənah gətirirlər». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirərkən deyib.

B.Səfərov qeyd edib ki, V.Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinin, tərbiyəsinin göstəricisidir. Onun sözlərinə görə, erməni çıxış yolunu Azərbaycan xalqında olduğunu görüb.

«Erməninin ümid yeri kimi Azərbaycanı görməsi bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli qətnaməsinə mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz. Eyni zamanda, V.Martirosyanın açıqlamaları Ermənistanda cinayətkar rejimin hökm sürdüyünü bir daha təsdiqləyir. Erməni xalqı artıq bu rejimdən cana doyub»- deyə, B.Səfərov vurğulayıb.