YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakutel-2015” sərgi-konfransı çərçivəsində yüksək texnologiyalar üzrə III “Belarus-Azərbaycan İKT forumu” keçiriləcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

Nazirlikdən bildirilib ki, ölkələr arasında səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığın bütün istiqamətlərinə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsinə də dərindən nüfuz etdiyini deyən nazir Əli Abbasov bu əlaqələrin inkişafında hər iki tərəfin yaxından iştirak etdiyini nəzərə çatdırıb.

Nazir İKT, rabitə və yüksək texnologiyalar sahəsində mövcud fəaliyyətin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, bu istiqamətdə gələcək əməkdaşlığa dair maraq göstərilən sahələrdən söz açıb. Ə.Abbasov diplomatın qarşıdakı fəaliyyəti dövründə ölkələr arasında dinamik inkişafa töhfə verəcəyinə əminliyini vurğulayıb.

Xalqlarımızı birləşdirən ortaq maraq və dəyərlərdən danışan səfir bu münasibətlərin qorunub saxlanılmasını hər iki tərəfin böyük iradəsinin nəticəsi kimi dəyərləndirib.

Diplomat gələcək fəaliyyəti çərçivəsində İKT, rabitə və yüksək texnologiyalar sahəsində yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi, genişləndirilməsi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə “Bakutel-2015” sərgi-konfransında milli stendlə çıxış edəcək Belarusun 15-dək şirkətlə təmsil olunacağı, həmçinin sərgi çərçivəsində yüksək texnologiyalar üzrə III “Belarus-Azərbaycan İKT forumu”nun keçiriləcəyi də qeyd olunub.