YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Aleksis Tsiprasa təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Baş naziri Aleksis Tsiprasa təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”