YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Səmədov: Tərəqqipərvər cəmiyyətin alim sözünə, ziyalı kəlməsinə hər zaman ehtiyacı olub

«Prezident İlham Əliyev insanlarımızın təfəkkürünün, düşüncəsinin ölkəmizin potensialının yüksəldilməsinə istiqamətlənməsinin ən böyük qazanc olduğunu dəfələrlə vurğulayıb». Bu fikri Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı dtrektoru Oqtay Səmədov deyib.

O.Səmədov bildirib ki, Azərbaycan vətəndaşlarının ölkənin daxili və xarici siyasətini, aparılan islahatların mahiyyətini, görülən işlərin nəticələrini açıq-aydın dərk etməsi və dəyərləndirməsi çox vacibdir. Onun sözlərinə görə, bu, gələcəyi qurmaq, dəyərlərimizi yaşatmaq baxımından əhəmiyyətlidir.

«Tərəqqipərvər cəmiyyətin alim sözünə, ziyalı kəlməsinə hər zaman ehtiyacı olub. Bu gün də var. Öyrənməkdən çəkinməyək, öyrədərək öyrənməkdən isə şərəf duyaq. Yalnız onda biliyin təntənəsi sonsuz ola bilər»- deyə, O.Səmədov vurğulayıb.