YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Təəssüf ki, beynəlxalq birlik işğalçı dövlətin hərəkətlərinə laqeyd yanaşır

«Son günlər cəbhə xəttində gərginliyin artması Ermənistan hakimiyyətinin növbəti təxribatıdır. Təəssüf ki, beynəlxalq birlik işğalçı dövlətin hərəkətlərinə laqeyd yanaşır». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, bu gərginliyin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşdüyü bir dövrdə baş verməsi  heç də təsadüfi deyil. Onun fikrincə, işğalçı dövlət belə təxribatlarla danışıqlar prosesini pozmağa çalışır.

«Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrləri öz bəyanatlarında hələ də «balans» gözləyirlər. Onların belə mövqeyi münaqişənin sülh yolu ilə həllinə kömək etməyəcək. Yaxşı olardı ki, həmsədrlər atəşkəs rejimi ilə bağlı mexanizm yaradılmasını təklif etmək əvəzinə doğma yurdlarından didərgin düşmüş 1 milyondan   çoz insanın hüquqlarının bərpa olunmasına çalışsınlar. Ermənistanın işğalçı hərbi birləşmələri torpaqlarımızı tərk etmədən hər hansı sülh ola bilməz. Amma təəssüf ki, həmsədrlər bəyanatlarında bir dəfə də olsun bu haqda fikir bildirməyiblər»- deyə, B.Səfərov vurğulayıb.