YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-avqust aylarında Azərbaycan 22,1 milyon tondan çox xam neft ixrac edib

Səkkiz ayda Azərbaycandan 22 milyon 166 min 644 ton xam neft ixrac edilib. Yanvar-avqust aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 18 milyon 92 min 965 ton, Bakı-Supsa neft boru kəməri ilə 2 milyon 809 min 29 ton, Bakı-Novorossiysk neft kəməri ilə 847 min 107 ton neft ixrac olunub. Ölkədən 417 min 543 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.