YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səkkiz ayda Azərbaycandan 5,3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Yanvar-avqust aylarında Azərbaycandan 5 milyard 380 milyon 798 min kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilir ki, səkkiz ayda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 1 milyard 348 milyon 745 min kubmetr qaz kondensatı ixrac olunub.

Hesabat dövründə gömrük bəyannamələri əsasında rəsmiləşdirilən 159 min 535 dollar dəyərindəki təbii qaz ixracı 992 milyon 172 min kubmetr təşkil edib.