YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Möhtəşəm beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var

«Möhtəşəm beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu baxımdan önəmlidir». Bu fikirləri Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Onun sözlərinə görə, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.

«IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində digər bir vacib amil isə Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Belə ki, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və islam dünyasında böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmiz islami dəyərlərin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərarın verilməsində də bu amillər mühüm rol oynayıb. İnanırıq ki, Azərbaycan bu sınaqdan da uğurla çıxacaq»- deyə, A.Abiyev vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv