YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rumıniya Prezidenti: BMT Dağlıq Qarabağ və digər münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdır

Rumıniyanın AGERPRES agentliyinin məlumatına görə, BMT Baş Məclisinin 70-ci sessiyasında ümumi müzakirələrdə iştirak edən Rumıniya Prezidenti Klaus Yohannis deyib ki, BMT Dağlıq Qarabağ münaqişəsinə, Gürcüstandakı və Moldovadakı münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdır.

Rumıniya dövlətinin başçısı vurğulayıb ki, beynəlxalq hüquqa əsaslanmayan hər hansı status-kvo çox davamsız olur və arabir zorakılıq hallarına da gətirib çıxarır. Bu vəziyyətdə fəaliyyətsizlik suveren və müstəqil dövlətlərin ərazisini mənimsəməyin mümkün olması və bunun tolerantlıqla qarşılanması barədə səhv təəssürat yaradır.