YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlət sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı insanlara hər zaman qayğı ilə yanaşır

«Azərbaycanda əhalinin sosial müdafiəsi daim diqqət mərkəzindədir». Bu fikri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı insanlara hər zaman qayğı ilə yanaşır, onların problemlərini diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, bunların sırasında yaşlı, ahıl insanlara da xüsusi qayğı mövcuddur.

«Hər il 1 oktyabr tarixi Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Belə bir günün qeyd edilməsində əsas məqsədlərdən biri ahıl insanların problemlərinə diqqət çəkmək, onların qayğıları ilə məşğul olmaqdır. Azərbaycanda davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ahıl insanların  problemləri daim diqqət mərkəzində saxlanılır və onların sosial müdafiəsinin gücləndirilməsi yönündə ciddi addımlar atılır»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv