YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə nazir Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi strateji layihələr uğurlu əməkdaşlığı şərtləndirən başlıca amillərdəndir. Hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Şahin Mustafayev əməkdaşlığin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat və sənaye naziri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet sahəsi olduğunu vurğulayıb, bu sahənin ümumi daxili məhsulda payının artdığını qeyd edib.

Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb. Türkiyənin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə mühüm əhəmiyyət verdiyini qeyd edən Cenap Aşçı bu layihənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib, müxtəlif sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.