YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin davamlı olacağı şübhəsizdir

«Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticələri uğurludur. Bu siyasətin davamlı olacağı şübhəsizdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib. 

S.Hüseynova bildirib ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Onun sözlərinə görə, aztəminatlı ailələr, təqaüdçülərin və digər güzəştli təbəqələrin sosial rifahını yüksəltmək üçün sistemli işlər həyata keçirilir. 

«Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davamlı olaraq həyata keçirir. Təbii ki, əməkhaqlarının, təqaüdlərin artırılması əhalinin güzəranının daha yüksəlməsi ilə nəticələnəcək. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların maddi rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub»- deyə komitə üzvü qeyd edib.