YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Azərbaycan vasitəsilə Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək niyyətindədir

İran İslam Respublikası ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi ötən il 500 milon dollar olmuşdursa bu il 680 milyon dollara çatıb.

Bu sözləri yerli mətbuata açıqlamasında İranın Şərqi Azərbaycan ostandarlığının ostan müavini Səid Şəbüstəri bildirib.

Onun sözlərinə görə 680 milyon dollar həcmində olan ticarət dövriyyəsinin 20 faizi Şərqi Azərbaycan ostandarlığının payına düşür. Ostandarlığın Azərbaycanla həmsərhəd olması əlaqələrin inkişafına münbit şərait yaradır. Bundan başqa ostandarlıq sənaye və kənd təsərrüfatı sahələrində İranın inkişaf etmiş regionlarındandır. Regiondan Azərbaycana daha çox meyvə tərəvəz ixrac edilir.

S.Şəbüstəri qeyd edib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edən qonşu dövlətdir. İran Azərbaycan vasitəsilə Rusiya ilə də iqtisadi və ticarət əlaqələrini genişləndirmək niyyətindədir.

Azərbaycanlı iş adamlarının bu bölgəyə sərmayə yatırmaları üçün geniş imkanların yaradıldığını bildirən S.Şəbüstəri nəzərə çatdırıb ki, “Araz” sərbəst iqtisadi zonası böyük ərazini əhatə edir və buraya sərmayə yatıranlara vergi güzəştləri tətbiq edilir.