YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Məmmədov: Aşağı seçki komissiyaların üzvləri üçün maarifləndirmə tədbirləri vacib məsələdir

«Aşağı seçki komissiyaların üzvləri üçün maarifləndirmə tədbirləri vacib məsələdir». Bu fikri Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, MSK bütün seçkilər dövründə bu tipli tədbirlər keçirir. Onun sözlərinə görə, belə tədbirlərdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin sayılmasına hazırlıq və s. izah olunur. Onun sözlərinə görə, seçki bülletenlerinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması və digər mövzular da  müzakirə edilir. 

«Bu kimi görüşlər artıq ənənə halını alıb. Komissiya üzvlərinin  seçki prosesində rolu və əhəmiyyəti önəm kəsb edir. Əsas hədəfimiz işimizin mümkün qədər mükəmməl qurulmasıdır. Bu tədbirlərin içərisində maarifləndirmə tədbirləri xüsusi yer tutur. Yaddaşların təzələnməsi əsas hədəf kimi götürülməlidir. Kütləvi informasiya vasitələri bizə bu işdə yaxından köməklik göstərirlər. Məhz bütün bunların nəticəsidir ki, seçicilərimizin seçkiyə münasibəti də müsbət mənada xeyli dəyişib»- deyə, MSK-nın sədr müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv