YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Böyük Britaniyanın Baş naziri Devid Kemeronun XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransına ünvanladığı məktuba görə təşəkkürünü bildirən Prezident İlham Əliyev məktubda ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrini, xüsusilə enerji sektorunu əhatə etməsinin əhəmiyyətini qeyd etdi.

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi sahədə güclü tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan dövlətimizin başçısı enerji sektorunda əməkdaşlığımızın uzun illər uğurla inkişaf etdiyini bildirdi.

Prezident İlham Əliyev qeyri-energetika sahəsində əməkdaşlığımızın inkişafına toxunaraq, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Dövlətimizin başçısı bu yaxınlarda Böyük Britaniyadan olan parlament nümayəndə heyəti ilə görüşü zamanı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa dair müzakirələrin aparıldığını vurğuladı.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Azərbaycan Prezidentinə XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransında Böyük Britaniya, xüsusilə bp haqqında fikirlərinə görə minnətdarlığını bildirdi, ölkəsinin Azərbaycan ilə əməkdaşlığı bir çox sahələrdə genişləndirməkdə maraqlı olduğunu dedi.