YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri görüşəcəklər

İyunun 5-də Minskdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının iclası keçiriləcəkdir.

Tədbirin gündəliyi layihəsinə təqribən iyirmi məsələ daxil edilmişdir. Şuranın üzvləri əsasən iri beynəlxalq tədbirlərin keçirildiyi vaxt təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə edəcək, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə, informasiya texnologiyaları sahəsində cinayətlərin qarşısının alınmasında xüsusi xidmətlərin əməkdaşlığına dair mövzuları nəzərdən keçirəcəklər.

Bundan başqa, MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Antiterror Mərkəzinin 2013-cü ildəki fəaliyyətinə və 2011-2013-cü illərdə terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq proqramının yerinə yetirilməsinə yekun vuracaq, bir sıra digər məsələləri müzakirə edəcəklər.

MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurası 1997-ci ildə yaradılmışdır. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində və xüsusi xidmətlərin digər razılaşdırılmış fəaliyyət sahələrində qarşılıqlı səmərəli fəaliyyəti təmin etməkdən ibarətdir. Fəaliyyəti dövründə Şura MDB məkanında birgə fəaliyyət, informasiya mübadiləsi, milli və kollektiv təhlükəsizliyin birlikdə təmin olunmasına dair tövsiyələr və təkliflər hazırlanması barədə 60-dan çox sənəd layihəsi hazırlamış və müzakirə etmişdir. Şura həmçinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə sahəsində bir sıra mühüm sənədlər işləyib hazırlamışdır.