YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“SOCAR-Türkiyə” bu günə kimi Türkiyədəki layihələrə 3,5 milyard dollar investisiya yatırmışdır

“SOCAR-Türkiyə” bu günə kimi Türkiyədəki layihələrə 3,5 milyard dollar investisiya yatırmışdır.

Bu sözləri iyunun 3-də Bakı Ekspo Mərkəzində təşkil olunan XXI Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”) sərgisi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki ən böyük aktivi olan “SOCAR-Türkiyə” şirkətinin direktoru Kənan Yavuz keçirdiyi mətbuat konfransında demişdir.

K.Yavuz bildirmişdir ki, “SOCAR-Türkiyə” şirkəti artıq Türkiyənin ən böyük investoruna çevrilmişdir. Şirkət Türkiyədə 20 milyard dollara yaxın investisiya portfelini idarə edir. Bu investisiya portfeli neft, neft-kimya, enerji, logistika, daşıma və Trans-Anadolu qaz kəməri (TANAP) layihəsini əhatə edir.
“SOCAR-Türkiyə” şirkətinin direktoru vurğulamışdır ki, ötən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunmuşdur. Belə ki, Avropa və Türkiyənin ən böyük layihəsinin 18 il müddətinə 3,3 milyard dollarlıq maliyyələşdirilməsi müqaviləsi imzalanmışdır. Müqaviləyə Yaponiya, ABŞ, Koreya, İspaniya və İtaliyadan olan 23 beynəlxalq bankı cəlb edilmişdir. “Star” neft emalı zavodunun 2017-ci axırlarında fəaliyyətə başlaması planlaşdırılmışdır.
K.Yavuz qeyd etmişdir ki, zavodla yanaşı eyni zamanda Türkiyənin üçüncü ən böyük limanının - “Petlim”in tikintisi də sürətlə aparılır. Həmçinin, ərazidə külək elektrik stansiyasının tikilir. “Petlim” limanının və külək elektrik stansiyasının tikintinin gələn ilin ortalarında yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, “SOCAR-Türkiyə”nin məqsədi 2018-ci ilədək “Star” neft emalı zavodunun, “Petlim” limanının və külək elektrik stansiyasının inşasını tamamlayaraq Türkiyənin ikinci ən böyük sənaye şirkətini yaratmaqdır. Şirkət 2023-cü ilədək isə Türkiyənin birinci ən böyük sənaye şirkəti olmağı qarşısına məqsəd qoymuşdur.

Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Türkiyə” bu günə qədər isə şirkət Türkiyədəki layihələrə 3,5 milyard dollar investisiya qoymuşdur. Bu ilin sonuna kimi isə daha 1 milyard dollar investisiya yatırılacaqdır. Ümumilikdə, 2015-ci ilədək “SOCAR-Türkiyə” bu ölkədəki layihələrinə 5 milyard dollar sərmayə yatıracaqdır.