YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Parlament diplomatiyası xarici siyasətimizdə əhəmiyyətli yer tutur

«Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında parlamentlərarası əlaqələrin özünəməxsus rolu var. Parlament diplomatiyası xarici siyasətimizdə əhəmiyyətli yer tutur». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. 

S.Qafarova bildirib ki, Azərbaycan Milli Məclisinin dünyanın bir çox ölkələrinin parlamentləri ilə sıx əməkdaşlığı mövcuddur. Onun sözlərinə görə, bu əməkdaşlıq ölkəmizlə bağlı obyektiv rəyin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. 

«Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin parlamentlərinin rəhbərləri, deputatları Azərbaycana səfərlər edirlər. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir»- deyə, S.Qafarova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv