YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

“Opinionway”: Azərbaycan əhalisinin 78,8 faizi Prezident İlham Əliyevin fəaliyyətindən çox razıdır

Fransanın “Opinionway” araşdırma şirkəti Milli Məclisə seçkilər ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib.

Respondentlərin 63 faizi noyabrın 1-də keçiriləcək parlament seçkilərində mütləq iştirak edəcəyini, 12 faizi ola bilsin iştirak edəcəyini, 7,7 faizi ola bilsin iştirak etməyəcəyini, 9 faizi iştirak etməyəcəyini bildirib, 8,3 faizi isə bu barədə hələ qərar vermədiyini deyib. Sorğunun nəticələrinə görə, ölkədə seçkilərə hazırlıq kampaniyası respondentlərin 76,5 faizi üçün maraqlıdır.

“Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz” sualına rəyi soruşulanların 71,7 faizi iqtidar partiyasının və iqtidaryönümlü partiyaların namizədlərini, 6 faizi müxalifət partiyalarının namizədlərini, 16,4 faizi bitərəf namizədləri dəstəkləyəciyini deyib, 5,9 faizi isə cavab verməkdə çətinlik çəkib.

“Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti Sizi nə dərəcədə qane edir” sualını respondentlərin 78,8 faizi “çox qane edir” deyə cavablandırıb.

Ölkənin səsvermə hüququ olan 1200 vətəndaş arasında aparılan sorğunun nəticələrinə görə, respondentlərin 71,4 faizi Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasından, 71,2 faizi korrupsiya ilə, 68,4 faizi cinayətkarlıqla mübarizədən, 69,8 faizi insan hüquqlarının vəziyyətindən çox razı qaldığını deyib.

Rəyi soruşulanların 66,5 faizi hazırda Azərbaycanın ən vacib probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib.