YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə deputatlığa namizəd Naqif Həmzəyevin seçicilərlə görüşü keçirilib

Gəncə şəhər, Gülüstan qəsəbəsindəki "İstiqlal" parkında 1 noyabr Milli Məclisə seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğlunun seçicilərlə görüşü keçirilib.

Təbliğat qrupunun üzvləri və seçicilər çıxış edərək, Azərbaycanın sürətli inkişafı fonunda Gəncədə də möhtəşəm quruculuq-abadlıq işlərinin aparıldığını, iri miqyaslı infrastruktur layihələrin reallaşdığını, insanların firavanlığının təmin olunduğunu vurğulayıb, seçiciləri Naqif Həmzəyevə səs verməyə çağırıblar.

Naqif Həmzəyev görüşdə çıxış edərək seçicilərə və bütün gəncəlilərə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirdiklərinə, partiyanın namizədlərinə dəstək olduqlarına və etimad göstərdiklərinə görə dərin minnətdarlığını bildirib: "Yeni Azərbaycan Partiyası "Yeni hədəflərə doğru!"  uğurla addımlayacaq".