YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad seçiciləri: Biz Azərbaycan tibb elminə töhfələr verən, insanlara yeni həyat bəxş edən akademik Əhliman Əmiraslanova səs verəcəyik

YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi Əhliman Əmiraslanovun Sabirabadı rayonunun Cavad, Yolçubəyli və Qasımbəyli  kəndlərində seçicilərlə  görüşləri keçirildi.

Görüşlərdə çıxış edən YAP Sabirabad rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Nadir Quliyev bildirdi ki, deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun bu dairədən ikinci dəfə namizədliyinin irəli sürülməsi onun ölkədəki, o cümlədən Sabirabad rayonundakı hörməti və nüfuzu ilə əlaqədardır.

Deputatlığa namizəd Əhliman Əmiraslanov seçiclərə görüşə qatıldıqları üçün təşəkkürünü bildirərək vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın daxili siyasətində sosial məsələlərə daim böyük qayğı ilə yanaşıb.

Əhliman Əmiraslanov daha sonra bildirdi ki, bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq, daima onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə səmərəli çalışmağı vəd edirəm. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək Yeni Hədəflərə Doğru addımlamalıyıq. İnanıram ki, uğur daim bizimlə olacaq!

Görüşdə iştirak edən seçicilər də çıxış edərək akademik Əhliman əmiraslanva səs verəcəklərini bildirdilər.