YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ağacan Abıyev Yeni Suraxanı, Bülbülə və Əmircan qəsəbələrinin ağsaqqalları ilə görüşdü

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Ağacan Abıyevin Yeni Suraxanı, Bülbülə və Əmircan qəsəbələrinin ağsaqqalları ilə görüşü  keçirildi.

A.Abıyev bildirdi ki, Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Ötən beş il ərzində vaxtaşırı seçicilərimin arasında olmuşam. Eyni zamanda, seçicilərimin problemləri ilə bağlı parlamentdə çıxışlar etmişəm, həmçinin, müvafiq qurumlara bu barədə müraciətlər ünvanlamışam.