YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzər Tranzit Dəhlizinin reallaşmasında mühüm rol oynayır

Xəzər Tranzit Dəhlizinin həyata keçməsində ən mühüm addımlardan biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Türkiyədəki 76 kilometrlik hissəsinin tamamlanmasıdır. BTQ dəmir yolu xətti ilə əlaqəli ölkələr arasında vahid tarif və qaydaların tətbiq olunması zəruridir.

Xəzər Strateji Araşdırmalar İnstitutundan (HASEN)  bildirilib ki, bu fikirləri TRASEKA-nın Azərbaycandakı milli katibi Akif Mustafayev HASEN-in təşkilatçılığı ilə İzmirdə keçirilən “Modern İpək Yolu”nda strateji bölgə: İzmir” mövzusundakı konfransda səsləndirib. Türkiyəli jurnalist Hakan Poladın moderatorluğu ilə keçirilən konfransda Türkiyənin sabiq nəqliyyat, dənizçilik naziri Binəli Yıldırım, “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz, HASEN-in baş katibi Haldun Yavaş və digər şəxslər yenidən canlanan İpək Yolu və Xəzər Tranzit Dəhlizinin bu yoldakı strateji əhəmiyyətini müzakirə ediblər.

TRASEKA-nın Azərbaycandakı milli katibi A.Mustafayev regiondakı ticarətə ən böyük maneənin Ermənistanın təcavüzkar siyasətinin olduğunu xatırladıb: “Əgər erməni işğalı olmasaydı regionda daha çox işlər görülə və daha çox investisiya layihələri həyata keçirilə bilərdi. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və dünya ictimaiyyəti bu fakta biganə yanaşır. Bu məsələ ilə əlaqədar təkcə Azərbaycan və Türkiyə ciddi səy göstərir. Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi regionun inkişafına mane olur və ümid edirik ki, ən qısa zamanda bu problem öz həllini tapacaq”.

Konfransda Şərq-Qərb dəhlizinin əhəmiyyətini ən çox əhatə edən bölgə ölkəsinin Azərbaycan olduğunu, həyata keçirilən enerji, nəqliyyat layihələrinin hamısının regionun taleyini dəyişdirəcəyini diqqətə çatdıran Türkiyənin sabiq nəqliyyat, dənizçilik naziri Binəli Yıldırım bildirib: “Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsi bu lahiyələri sürətləndirir. Türkiyə və Azərbaycanın birgə rellaşdırdıqları layihələr regional, qlobal sülhə, qardaşlığa töhfə verir. Türkiyə ilə Azərbaycan qısa müddətli faydalı əlaqələrə deyil, uzunmüddətli və bölgə sülhünü hədəfləyən əməkdaşlığa malikdir. Bu əməkdaşlığı həyata keçirərkən heç kim bizim regiondakı təcavüzkar qüvvələrə dözüm göstərməyimizi gözləməsin. Biz Ermənistanın Azərbaycana qarşı etdiklərini, eləcə də onun Türkiyə ilə bağlı iddialarını qəbul edə bilmərik. Azərbaycanı narahat edən hər şey bizi də narahat edir. Bizim siyasətimiz budur. Sizin üçün yaxşı olan nədirsə bizim üçün də yaxşı olan odur”.

“Türkiyə və Azərbaycan İpək Yolunu dünyaya yenidən qazandırır”, - deyən “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz tarixi İpək Yolunun yenidən canlanması və yüksəliş dövrünün başlandığını, Türkiyənin böyük bir infrastruktur inqilabı reallaşdırdığını qeyd edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin ən böyük real sektor yatırımına imza atdığını və neft emalına inteqrasiyalı bir istehsal modelini həyata keçirmək üçün 10 milyard dollarlıq investisiya qoyuluşunu planlaşdırdıqlarını deyən K.Yavuz 2018-ci ildə Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin tamamlanacağını bildirib.

Təxminən 10 aylıq iş prosesindən sonra “Xəzər Tranzit Dəhlizi” hesabatı hazırladıqlarını bildirən HASEN-in baş katibi Haldun Yavaş deyib: “Xəzər dənizi hazırda sürətli bir maqistrala çevrilir. Qazaxıstan, Azərbaycan və Türkmənistan Xəzər dənizində yüksək tutuma sahib yeni limanlar inşa edir və mövcud limanların imkanlarını artırır.

 

DİGƏR Xəbərlər Arxiv