YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda VI Avropa Film Festivalı keçiriləcək

Oktyabrın 29-da Bakıda VI Avropa Film Festivalına start veriləcək. Festival “Park Cinema” kinoteatrları şəbəkəsinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək.

“Park Cinema” kinoteatrları şəbəkəsindən  bildirilib ki, noyabrın 6-dək davam edəcək festivalda 20-dək filmin nümayişi nəzərdə tutulub. Festivalda Azərbaycan, Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniya filmləri nümayiş olunacaq.