YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” adlı Futsal dostluq yarışması keçirmişdir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Gənclər Birliyi  tərəfindən    Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” adlı  Futsal dostluq yarışması keçirilmişdir.

Yarışmada YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin  4 komandadan ibarət  həvəskar futbolçuları I, II və III yerlər uğrunda dotluq oyunları nümayiş etdirmişlər. Yarışda 500-dən çox YAP fəalı gənclər və mikrorayon sakini tamaşaçı kimi iştirak etmişdir.

Yarışmanın ilk oyununda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri,  millət vəkili Məlahət İbrahimqızı  gənclərin bu təşəbbüsünü əhəmiyyətini qeyd edərək, ölkəmizdə möhtərəm prezident  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin  çoxsaylı nailiyyətlərindən danışaraq xalqımızın bu nailiyyətləri  yüksək dəyərləndirdiyini diqqətə çatdırdı. Məlahət İbrahimqızı ölkəmizin  ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humantiar  həyatında mühüm rola malik və eyni zamanda potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına toplayan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlamasından və Azərbaycan gəncliyin önündə yeni üfüqlər açmasından da danışdı.

Yekun oyun bu ayın 29-da keçiriləcək və qaliblər finalda YAP Nəsimi rayon təşkilatı tərəfindən mükafatlandırılacaqdır.