YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA müşahidə missiyası seçkiləri 30 nəfərlik heyətlə izləyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. AŞPA-nın Mətbuat Mərkəzindən Secki-2015.az saytına verilən məlumata görə, missiyanın rəhbəri İspaniyadan olan parlamentari Yordi Cukladır.

Müşahidə missiyasının Azərbaycanda Milli Məclisin rəhbərliyi, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri, o cümlədən parlamentdə təmsil olunmayan müxalifət partiya və hərəkat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Missiya üzvlərinin kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılır. Seçki günü AŞPA dan olan parlamentarilər ölkənin müxtəlif yerlərində səsvermə prosesinin gedişini izləyəcəklər.

Nümayəndə heyətini, həmçinin Venesiya Komissiyasının üzvləri - Avropa Şurasının müstəqil ekspertlərdən ibarət qrupu da müşaiyət edəcək.

Məlumat üçün bildirək ki,  seçkiöncəsi nüməyəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olub. Onlar ölkəmizdə çoxsaylı görüşlər keçiriblər.

Qeyd edək ki, AŞPA 1974-cü ildən etibarən müxtəlif ölkələrdə 150-yə yaxın seçkini müşahidə edib.