YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Malik Həsənovun Cəlilabad şəhərinin Kövüzbulaq, Ləkin və Şatırlı kəndlərinin seçiciləri ilə görüşləri keçirilmişdir

Yeni Azərbaycan Partiyasından 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizəd Həsənov Malik Əvəz oğlunun Cəlilabad şəhərinin Kövüzbulaq, Ləkin və Şatırlı kəndlərinin seçiciləri ilə seçkiqabağı görüşləri və təbliğat-təşviqat tədbirləri keçirilmişdir.

Tədbirlərdə giriş sözü ilə YAP rayon təşkilatının və YAP seçki qərargahı Cəlilabad şöbəsinin sədri Mirsüleyman Mirxaslı çıxış etmişdir.

M.Mirxaslı Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizəd göstərilmiş, Milli Məclisin deputatı Həsənov Malik Əvəz oğlu haqqında seçicilərə qısa məlumat vermiş, seçkilər günü seçiciləri fəal olmağa və partiyanın laiqli namizədi Malik Həsənova səs verməyə çağırmışdır.

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizəd göstərilmiş, Milli Məclisin deputatı Həsənov Malik Əvəz oğlunun vəkili Cahangir Muradov Malik Həsənovun həyat və fəaliyyəti, habelə keçən beş ildə Milli Məclisdəki siyasi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat vermişdir.

Cəlilabad şəhərində keçirilən tədbirdə seçicilərdən Hacı Mahmud Əsgərov, həkim Gülər İsgəndərova, ağsaqqal Ədalət Əsgərov, təhsil işçisi Yeganə Rzayeva, AMİ Cəlilabad filialının direktoru, fəlsəfə doktoru Xudayar Sultanov, YAP qadınlar şurasının sədri Fərqanə Məmmədova, sahibkar İltifat Ağayev və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının artan nüfuzundan onun aparıcı partiyaya çevrilməsindən bəhs etmiş, bu partiyanı dəstəklədiklərini bəyan etmiş və noyabrın 01-də keçiriləcək seçkilərdə ailə üzvləri ilə birlikdə məhz Yeni Azərbaycan Partiyasının namizədi Həsənov Malik Əvəz oğluna səs verəcəklərini bildirmişlər.

Tədbirlərdə çıxış edən deputatlığa namizəd, Milli Məclisin deputatı  Həsənov Malik Əvəz oğlu onun namizədliyini bu ilki seçkilərdə yenidən irəli sürmüş Yeni Azərbaycan Partiyasına, onun rəhbərliyinə dərin təşəkkürünü bildirmiş, bundan sonra da partiyaya sədaqətli olacağını diqqətə çatdırmış, seçicilərin etimadını doğrultmaq, onların təkliflərinin həyata keçirilməsi və problemlərinin həlli istiqamətində daha səylə çalışacağını bəyan etmiş, seçiciləri  seçkilər günü yüksək fəallıq və mütəşəkkillik göstərərək seçkilərə gəlməyə və ona səs verməyə çağırmışdır.