YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənməyə davam edəcəklər

MDB missiyasının müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi üzrə görüşləri davam etdirəcəklər. Bunu Trend-ə MDB missiyasının mənzil-qərargahının rəhbəri Yevgeni Sloboda deyib.

Onun sözlərinə görə, müşahidəçilər ölkənin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında işləyəcəklər: "Müşahidə missiyasının üzvləri artıq Salyan və Neftçala rayonlarında olublar".

Y.Sloboda qeyd edib ki, MDB-dən olan müşahidəçilərin Baş Prokurorluq və Ali Məhkəmədə görüşləri planlaşdırılır: "Görüşlərdə seçki qanunvericiliyinin mümkün pozuntuları barədə şikayət və ərizələrin baxılması məsələsi müzakirə ediləcək. Oktyabrın 30-dək MDB-dən cəmi 147 müşahidəçi gələcək".