YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın iş adamları "Growtech Eurasia 2015" sərgisində iştirak edəcəklər

Noyabrın 30-dan dekabrın 3-dək Antalyada "Growtech Eurasia 2015" 15-ci Beynəlxalq istixana, əkinçilik avadanlıqları və texnologiyaları sərgisi açılacaq.

Bu barədə  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat veriblər. Sərgidə istixana, bağçılıq, gülçülük, meyvəçilik, toxumçuluq, bostançılıq, tərəvəzçilik, əkinçilik, suvarma sistemləri, heyvandarlıq, arıçılıq, quşçuluq, kənd təsərrüfatı texnikası, həmçinin isitmə və havalandırma avadanlıqları nümayiş olunacaq. Sərgi çərçivəsində brifinq və ikitərəfli görüşlər keçiriləcək, iştirakçılar istehsalçı şirkətlərlə tanış olacaqlar.

Azərbaycanın iş adamları sərgidə iştiraka dəvət olunurlar.