YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisə seçkiləri 501 beynəlxalq müşahidəçi izləyəcək

Milli Məclisə seçkiləri izləmək üçün 66 min müşahidəçi qeydiyyatdan keçib. Secki-2015.az saytının məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov məlumat verib. MSK sədri deyib ki, 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi Komissiyada qeydiyyatdan keçib.

Diqqətə çatdırılıb ki, indiyə qədər MSK-da ölkə üzrə seçkilərin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında dairə üzrə seçkilərin müşahidə edilməsi üçün 63 mindən çox yerli müşahidəçi qeydiyyata alınıb.