YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın Albaniya hissəsinin tikintisinə 2016-cı ildən başlanılacaq

“Trans-Adriatik” (TAP) boru kəmərinin Albaniya hissəsinin tikintisinə 2016-cı ildən başlanılacaq.

Bu barədə TAP-ın icraçı direktoru Yan Bradşou məlumat verib. O bildirib ki, TAP Albaniyada planlaşdırıldığı kimi irəliləməyə davam edir. Hazırda yolların və körpülərin bərpası və tikintisi aparılır. Bu, planlaşdırıldığı kimi boru kəmərinin tikintisinə 2016-ci ildən başlamağa imkan verir. 2017-2018-ci illərdə isə sahilbərkitmə işləri daha da genişləndiriləcək.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).