YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bodrumda Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verilmişdir

İyunun 4-də axşam Bodrumda Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verilmişdir.

Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin  Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Bodrumda olan Azərbaycan Prezidenti

İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verildi.

Daha sonra tarixi Bodrum qalasında “Türk düyünü” adlı konsert təqdim olundu.