YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçirilib.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Şuranın iclasında MDB ölkələri arasında iqtisadi sahədə əlaqələrin gücləndirilməsi, o cümlədən azad ticarət zonasının reallaşdırılması, MDB İqtisadi İnkişaf Strategiyasının yerinə yetirilməsi məsələləri və bununla bağlı tədbirlərin keçirilməsi, innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, əmtəə bazarında rəqabət, energetika, elektrik, rabitə, qiymətli kağızlar bazarında vəziyyət, həmçinin maliyyə məsələləri ilə bağlı sənədlər müzakirə edilib.

Bundan başqa, hökumət başçıları bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, gənclər siyasəti sahəsində əməkdaşlıq, veteranlara tibbi-sosial yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, belə halların aradan qaldırılması və digər məsələlər diqqət mərkəzində olub.

Ümumiyyətlə, iclasda 40-dək layihə və sənəd müzakirə olunub.

Hökumət Başçıları Şurasının növbəti iclasının 2016-cı ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməsi qərara alınıb.

 

DİGƏR Xəbərlər Arxiv