YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Manuella Sessa: Yeni biznes tərəfdaşları axtaranlar üçün Azərbaycan əvəzsiz məkandır

İtalyandilli “East online” saytında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) prezidenti Manuela Sessanın müsahibəsi verilib.

M.Sessa müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycan-İtaliya əlaqələrindən və hər iki ölkəni maraqlandıran məqamlardan danışıb. O vurğulayıb ki, AİGA-nın məqsədi ölkələrimiz arasında dialoqu gücləndirmək, birgə layihələr həyata keçirmək və gənclərimizin münasibətlərinin inkişafına töhfə verməkdir.

Bakıya səfərini xatırladan M.Sessa Azərbaycanda müxtəlif istiqamətlərdə mövcud geniş imkanlarla tanış olmaq imkanı əldə etdiyini bildirib. Diqqətə çatdırıb ki, məhz bu ölkə ilə bağlı zəngin təəssüratlar ötən ilin iyununda qurumun yaranmasına stimul verdi. AİGA yarandığı gündən Azərbaycanın İtaliyadakı səfirliyi və bu ölkənin Gənclər və İdman Nazirliyi ilə birgə həm gənclər, həm informasiya mübadiləsi, həm də təbliğat sahələrində layihələr həyata keçirir. Qurumun təşəbbüsü ilə müxtəlif sahələrdə fəaliyyət göstərən bir sıra italiyalı mütəxəssislərin Azərbaycana səfərləri təşkil edilib.

Azərbaycan-İtaliya əlaqələrinə toxunan M.Sessa bildirib ki, bu münasibətlərin dərin tarixi kökləri var. Ölkələrimiz bir çox beynəlxalq məsələlərdə ortaq yanaşma nümayiş etdirir, müxtəlif beynəlxalq təşkilatlarda biri-birini dəstəkləyərək sıx əməkdaşlıq edir.

Azərbaycanda mövcud investisiya mühiti ilə bağlı sualı cavablandıran M.Sessa deyib: “Bu ölkədə inkişaf etməyə və irəliləməyə böyük maraq, istək var və bu proses çox sürətlə baş verir. Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və beynəlmilləşmə prosesini uğurla həyata keçirir. İtaliya şirkətləri Azərbaycanda qeyri-neft sektorunda da fəaliyyət göstərməyə maraqlıdırlar. Belə ki, bu ölkədə italiyalı iş adamlarının fəaliyyəti üçün tikinti, dizayn, mehmanxana infrastrukturu, əyləncə, yüksək texnologiyalar, ərzaq, bank və digər sahələrdə çox böyük imkanlar var. Yeni biznes tərəfdaşları axtaran şirkətlər üçün Azərbaycan əvəzsiz bir məkandır”.

Azərbaycanın strateji önəmindən bəhs edən M.Sessa vurğulayıb ki, Avropa ilə Asiyanı birləşdirən bu ölkə tarixi, siyasi, iqtisadi və mədəni baxımından önəmli aktora çevrilib. Böyük enerji ehtiyatlarına malik Azərbaycan, eyni zamanda, qeyri-adi landşafta, gözoxşayan təbiətə, özünəməxsus mətbəx ənənələrinə, zəngin mədəni və tarixi irsə malikdir.