YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA müşahidəçiləri Bakıdadır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək missiyası Bakıdadır.

Müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir. Otuz nəfərdən ibarət heyət səfər zamanı Milli Məclisdə təmsil olunan partiyaların, parlament qruplarının rəhbərləri və nümayəndələri, həmçinin parlamentdən kənar partiyaların, media və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşəcəklər.

Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək lər. Müşahidələrin yekunu ilə bağlı ictimaiyyətə məlumat veriləcək.