YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Konstantin Dolqov: ATƏT siyasiləşdirilmiş qərar qəbul edib

Moskva Azərbaycanda keçiriləcək parlament seçkilərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilər göndərməmək qərarını siyasiləşdirilmiş hesab edir. TASS-ın xəbərində bildirilir ki, bu fikri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov Federasiya Şurasının “Seçkilərin təşkilində və onların nəticələrinin qiymətləndirilməsində universal standartlar: beynəlxalq tendensiyalar və praktika” mövzusunda parlament dinləmələrində səsləndirib.

K.Dolqovun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu MDB ölkələrində seçkiləri müşahidə edəndə təkcə elektoral deyil, həm də xarici siyasət məsələləri ilə məşğul olur.

O deyib: “Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərə hakimiyyətin beynəlxalq müşahidəçilərin sayının azaldılması barədə tələbinə - orada müşahidəçilərin sayı aşkar artırılmışdı - cavab olaraq DTİHB müşahidəçiləri ümumiyyətlə göndərməməklə açıq siyasiləşdirilmiş qərar qəbul edib”.

O vurğulayıb ki, Qərb ölkələrində seçki prosesində DTİHB-nin diqqət mərkəzində sırf elektoral proses durur. “Daxili siyasi proses müzakirədən kənarda qalır. Bunu DTİHB-nin MDB-də fəaliyyəti ilə bağlı söyləmək olmaz”, - deyə K.Dolqov qeyd edib.

Diplomat məlumat verib ki, 2011-ci ildən 2014-cü ilədək müxtəlif formatlarda 46 missiya ayrı-ayrı ölkələrdə keçirilən seçkilərdə müşahidə aparıb. Bu müddətdə 73 qərar dərc edilib, onun da böyük əksəriyyəti MDB-yə üzv və Baltikyanı ölkələrə aid olub. Eyni zamanda DTİHB-nin Avropada seçkilərlə bağlı bəyannamələri dərc edilməyib.

K.Dolqov deyib: “ABŞ-a çox az sayda qısamüddətli müşahidəçilər göndərilirdi, Amerika hakimiyyət orqanları hətta bu sayı da azaldıb”.

“Vyanadan də yerləşən ölkələrə məhdud sayda, Şərq istiqamətində isə çox böyük müşahidə komandalar göndərilir”, - deyə K.Dolqov bildirib. O, fikrinə misal olaraq, 2012-ci ildə ABŞ-da prezident seçkilərinə yalnız 58 müşahidəçinin, Rusiya Federasiyasına isə 215 müşahidəçinin göndərildiyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv