YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisə seçkiləri İsrail müşahidəçiləri də izləyəcəklər

İsrailin nümayəndə heyəti Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün oktyabrın 30-da Bakıya gəlib.

Nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi, “Naş dom İzrail” partiyasının lideri Aviqdor Liberman başçılıq edir.

Nümayəndə heyətinə keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, bu ölkənin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.

Noyabrın 2-də İsrail nümayəndə heyətinin seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirməsi planlaşdırılır.