YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus MSK-nın sədri Milli Məclisə seçkiləri izləyəcək

Oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beşinci çağırış Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Məzahir Pənahov Milli Məclisə seçkilər ərəfəsindəki görüşdən məmnunluğunu bildirib və hər iki ölkənin seçki qurumları arasındakı əlaqələrdən söhbət açıb. Komissiya sədri rəhbərlik etdiyi qurumun çoxsaylı ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm verdiyini vurğulayıb.

Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina da öz növbəsində dəvətə və səmimi görüşə görə təşəkkürünü ifadə edib və Milli Məclisə keçiriləcək seçkilərə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımlar barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.