YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundestaqın sabiq üzvü: Azərbaycan seçki prosesini uğurla keçəcək

Azərbaycan seçki prosesini uğurla keçəcək. Bunu Almaniyanın tanınmış ictimai-siyasi xadimi, Bundestaqın və AŞ PA-nın sabiq üzvü Hakkı Kəskin Azərbaycanda parlament seçkiləri ilə əlaqədar Seçki-2015.az saytına müsahibəsində deyib.

O, qeyd edib: "2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində Almaniya və Avropa İttifaqını təmsil edən müşahidəçi kimi iştirak etmişəm və əminliklə deyə bilərəm ki, olduğum məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdı. Digər müşahidəçi dostlarımız da öz rəylərində bizimlə eyni cür düşünürdülər. İnanırıq ki, hazırkı şəraitdə Azərbaycan 5 il bundan öncəkindən də artıq nümunə göstərəcək. 5 il az müddət deyil. Bu müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu baxımdan noyabrın 1-də seçkilərin demokratik keçəcəyinə inamım böyükdür".

H.Kəskin bildirib ki, ölkə rəhbərliyi bütün parametrlərdə Azərbaycanı inkişaf etdirməyə çalışır: "Azərbaycanın yerləşdiyi region olduqca həssas, geostrateji və dünyanın böyük güclərinin diqqət mərkəzində olan bölgədir. Dövlət başçınız çox diplomatik və düşünülmüş siyasət aparır. Dövlət səviyyəsində üzünüzü Qərbə tutmaqla yanaşı, güclü Rusiya və İran dövlətləri ilə ikitərəfli münasibətlərə maliksiniz. Türkiyə ilə böyük strateji yaxınlıq, qardaşlıq münasibətləri hökm sürür. Bu, Azərbaycanın inkişaf strategiyasıdır. Ölkəniz daxilən çox sabitdir. Cənubi Qafqaz kimi həssas regionda belə sabit ölkənin olması düşündürücüdür".

O, hesab edir ki, bu gün bəzi Qərb ölkələrinin guya Azərbaycanda siyasi məhbuslar olması, insan haqlarının pozulması kimi bəyanatları qərəzlidir: "Azərbaycanın üstünə getmək və onun bu qədər inkişaf etməsini görməmək haqsızlıqdır. 24 illik gənc dövlətə qarşı təzyiqlər etmək heç bir halda doğru deyil. Bu gün biz açıq-aşkar görürük ki, Azərbaycan bütün çətinliklərə rəğmən inamla inkişaf edir".